reklam

Film izləyə biləcəyiniz heç bilmədiyiniz məkanlar.

İnsanlar asudə vaxtlarını fərqli cür keçirirlər. Kimiləri hobbiləri ilə məşğul olur, kimiləri idman edir, kimiləri rəsm çəkir və s. Bir çoxlarının isə ən çox sevdiyi, asudə vaxtlarında etdiyi fəaliyyətlərdən biri də film izləməkdir. Kimiləri filmi evində, kimiləri isə kinoteatrlarda izləməyi üstün tutur. Tripsome isə bu ənənəvi məkanlardan başqa film izləmək üçün unikal məkanlar təklif edir. 


Chill out of party
 

Açıq havada film izləmək istəyənlər üçün Tripsome.com fəaliyyətlərindən biri olan “Chill out of party” əla seçim olacaq. Məkan Buzovna ərazisində yerləşir və burada siz ocaq başında rahat pufiqlərdə əyləşərək film izləmənin keyfini çıxara bilərsiniz. Filmlər əsasən müxtəlif janrlarda ola bilir. Filmdən sonra canlı musiqi ilə ruhunuz dincələcək. Əraziyə giriş 20 AZN-dir. Eyni zamanda fotosessiya‌, ocaqda marshmallov, popcorn və içki də fəaliyyətin ödənişinə daxildir. Link-ə daxil olaraq bilet əldə edib fəaliyyətdə iştirak edə bilərsiniz. (Bilet və ətraflı məlumat üçün linkə klik edin)


 

Açıq havada sinema

 

Açıq havada - terrasda film keyfi üçün sizi Nərimanovdakı məkana dəvət edirik. Məkanın xoş aurası, neon işıqlarla bəzədilmiş divarları, rahat və sakit interyer sizə xoş təəssürat bəxş edəcək. Məkanda dadlı yeməklər və içkilər də servis olunur. Həftənin hər günü 2 dəfə filmlər nümayiş olunur. Nümayiş olunacaq filmlər əvvəlcədən elan olunur və siz sevdiyiniz film üçün bilet ala bilərsiniz. Eyni zamanda maraqlı tədbirlər, ad günləri qeyd etmək üçün də əla məkandır. 1 nəfər üçün ödəniş 10 azn, VİP ödəniş 15 azn-dir. VIP yerlərdə ön sırada pufiklərdə və ya divanlar yerləşir. Standart yerlərdə arxa sıralarda stollar və masalar yerləşir. (Bilet və ətraflı məlumat üçün linkə klik edin)

 

Fulldome Sinema

 

Gedib film izləyə biləcəyiniz məkanlardan biri də Fulldome Cinema-dır. Burada siz filmləri alışdığınız kinoteatrlardakı ekranlardan fərqli olaraq, astronomiya və əlaqəli sahələrdə maarifləndirici və əyləncəli şoular vasitəsi ilə ulduzların, planetlərin və digər göy cisimlərinin təsvirlərini izləyə biləcəyiniz ən son nəsil texnologiya ilə təchiz olunmuş yarımkürə qübbəli ekrandan izləyəcəksiniz. Yarımkürə qübbəli bu teatrda siz sanki göy cismlərini səmada izləyirsiniz. Göy cismləri ilə bağlı filmlərdən başqa, uşaqlar üçün cizgi filmlər də nümayiş olunur.  Ödəniş uşaqlar üçün 3 Azn, böyüklər üçün 5 Azn-dir. Filmlərin seansı barədə məlumat və bilet əldə etmək üçün linkə keçid edin. (Bilet və ətraflı məlumat üçün linkə klik edin)


Tripsome - 100+ fəaliyyətə bilet bir platformada. (Bilet və ətraflı məlumat üçün linkə klik edin)


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az