Bazar, 11 May, 2025

"FutureFem: Qadın Sahibkarlığın İnkişafı" konfransına qeydiyyat başladı


  • Dərc edildi: 22 Fevral, 2024 - 16:52
"FutureFem: Qadın Sahibkarlığın İnkişafı" konfransına qeydiyyat başladı

Əziz Bir könüllülər,

Əgər sizə də əmək bazarında mövcud gender dinamikaları, qadın sahibkarların üzləşdiyi çətinliklər və onların aradan qaldırılması istiqamətli həyata keçirilməsi zəruri olan tədbirlər maraqlıdırsa və uğurlu qadın liderlərlə tanışmaq istəyirsinizsə, bu konfrans sizi gözləyir!

Belə ki, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçiriləcək "FutureFem: Qadın Sahibkarlığın İnkişafı" konfransının məqsədi sahibkarlıq ekosistemi, qadınların maliyyə resurlarına çıxış imkanlarının artırılmasının və onların əmək bazarında layiqli təmsilçiliyinə şərait yaradılmasının zəruriliyi barədə gəncləri məlumatlandırmaqla yanaşı, gənclərin gələcək təşəbbüskarlıq fəaliyyətlərini stimullaşdırmaq olacaqdır.

ADA Universiteti, Baş Assambleya zalı

7 mart

15:00

 Gəlin, gender əsaslı ayrı-seçkiliklərə qarşı birlikdə mübarizə aparaq və gələcəyin sahibkarları olaraq özümüzü inkişaf etdirək.

Qeydiyyat üçün QR kodu skan edin və ya keçid edin

: https://forms.gle/kntxjnHEBdm3EuT47

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...