Bazar, 11 May, 2025

“Sənədlərlə iş üzrə təcrübəçi” vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 19 Mart, 2025 - 16:33
“Sənədlərlə iş üzrə təcrübəçi” vəzifəsi üzrə vakansiya

“Abşeron Logistika” MMC “Sənədlərlə iş üzrə təcrübəçi” vəzifəsi üzrə vakansiya elan edir.



Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
 


Ümumi vəzifə öhdəlikləri:



•     Məlumat bazası ilə işləmək, məlumat bazasını formalaşdırmaq;
•     Müştəri yüklərinin, vaqon məlumatlarının yerində yoxlanılmasında iştirak;
•     Müştəri yüklərinin, vaqon məlumatlarının proqrama işlənməsində iştirak;
•     Sənədlərin sistem üzrə arxivləşdirilməsi.
 


Namizədə qarşı tələblər:



•     Ali təhsil;
•     Rus dili mütləqdir;
•     MS Office proqramlarında iş bacarığı;
•     Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları;
•     Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
•     Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
•     Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
•     Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
•     Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.


Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 18.04.2025-ci il tarixidir.


Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sənədlərlə iş üzrə təcrübəçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...