Şənbə, 10 May, 2025

“Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı


  • | Dərc edildi: 6 Fevral, 2024 - 11:25
“Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı

“Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyi və Təhsilin İnkişafı Fondu -nun birgə təşkilatçılığı ilə “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramına müraciət başladı.

Təqaüd proqramı müasir texnologiyalar sahəsində ixtisas təlimləri verən yerli kurs və akademiyalarda tədris haqqını qarşılamaqla, xanımların əmək bazarında ən çox ehtiyac duyulan peşələr üzrə biliklərə yiyələnmələrinə şərait yaradır.

Təqaüd proqramı üçün müəyyən edilmiş istiqamətlər:

- UI/UX design

- Digital Marketing

- Mobile app development with Flutter

- Cyber Security

- QA tester

- BI Developer

Müraciətçilərin ərizələri təşkilat komitəsi tərəfindən baxıldıqdan sonra, uyğun namizədlər tərəfdaş tədris müəssisələri tərəfindən təşkil edilən müvafiq proqram üzrə imtahanda iştirak edəcəklər. İmtahandan məqbul nəticə əldə edən şəxslər yekun mərhəldə - müsahibədə iştirak haqqı qazanacaqlar. Müsahibə mərhələsini uğurla yekunlaşdıran namizədlər təqaüd almaq imkanı əldə edəcəklər.

Təqaüd proqramına müraciət üçün qeydiyyat linki - https://bit.ly/3wekyNS

Son müraciət tarixi: 08.03.2024

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 378
Xaricdə təhsil almaq...