Bazar, 11 May, 2025

Sənədləşmə üzrə aparıcı mütəxəssis (Ofis menecer) vakansiyası


  • Dərc edildi: 29 Noyabr, 2024 - 05:03
Sənədləşmə üzrə aparıcı mütəxəssis (Ofis menecer) vakansiyası

Vakansiya!
Sənədləşmə üzrə aparıcı mütəxəssis (Ofis menecer)



YIĞIM Payment System-də sən də Azərbaycanın rəqəmsal iqtisadiyyatına yön verən komandanın üzvü ola bilərsən. Bizə qoşul və peşəkarların sırasında yer al!

Əsas vəzifə öhdəlikləri:
- İş planının hazırlanması, nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrasını təmin etmək.
- Şirkətə daxil olan məktub, ərizə və digər sənədlərin qeydiyyatı, baxılması və kargüzarlıq işlərinin təşkili.
- Korrespondensiyanın qeydiyyatı, ünvanlara çatdırılması və icra vəziyyətinə nəzarət.
- Şirkətin sənədlərinin, müqavilələrin qeydiyyatı, hesabatı və uçotunun aparılması.
- Daxili prosedurlar, sənədləşmə və arxiv işlərinin təşkil edilməsi və əlçatanlığının təmin olunması.
- Ofis ləvazimatlarının və ərzaqlarının təmin edilməsi.
- Şirkətin digər struktur vahidləri ilə qarşılıqlı əlaqənin qurulması.
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Lazımi biliklər:
- Kargüzarlıq işlərinin təşkili ilə bağlı normativ və metodiki materiallar, vahid dövlət kargüzarlıq sistemi və sənəd dövriyyəsi qaydaları.
- Sənədlərin qeydiyyatı, arxivləşdirilməsi və hesabat prosedurları.
- Əmək qanunvericiliyi, daxili intizam qaydaları, əməyin mühafizəsi və təhlükəsizlik normaları.

Tələblər:
- Ali təhsil.
- Müvafiq sahədə 1 il iş təcrübəsi.
- MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı.
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri. 

Təklif edirik:

- Dinamik komandandada iş imkanı
- Mərkəzdə rahat ofis, həftədə 5 gün, 09:00-18:00 iş qrafiki
- Maaş razılaşma əsasında

Bizə qoşulmaq istəyirsənsə, CV-ni [email protected] ünvanına göndər!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...