Son dövrlərdə tez-tez eşitdiyimiz bir ifadə var: "Yeni nəsil iş bəyənmir." Bəs bu fikrin arxasında hansı səbəblər dayanır? Gənclərin iş dünyasına baxışı əvvəlki nəsillərlə müqayisədə niyə bu qədər fərqlidir? Bu bloqda yeni nəsilin iş seçimində qarşılaşdığı problemləri və dəyişən iş dünyasının reallıqlarını araşdıracağıq.
Əvvəlki nəsillər üçün işdə əsas prioritetlər stabillik, təhlükəsizlik və davamlı gəlir idi. Ancaq yeni nəsil üçün bu dəyərlər artıq o qədər də vacib deyil. Onlar daha çox aşağıdakı xüsusiyyətlərə üstünlük verirlər:
Bu gözləntilər yerli iş bazarında nə qədər qarşılanır? Təəssüf ki, bir çox işəgötürənlər hələ də köhnə sistemlər üzrə fəaliyyət göstərir və bu səbəbdən də yeni nəsil üçün həmin işlər cəlbedici görünmür.
Bir çox işəgötürən gənclərdən yüksək tələblər gözləyir:
Amma burada bir paradoks yaranır:
"Haradan təcrübə qazanaq ki, heç kim təcrübəsiz işə qəbul etmir?"
Bu sual gənclər arasında ən çox səslənən şikayətlərdən biridir. Onlar iş tapmaq üçün təcrübə lazımdır, amma təcrübə qazanmaq üçün iş tapmaq çətinləşir.
Digər tərəfdən, maaş məsələsi də mühüm rol oynayır. Gənclər bəzi hallarda yüksək maaş gözləyirlər, amma işəgötürənlər deyirlər ki, həmin maaşı qazanacaq bacarıqlar hələ gənclərdə formalaşmayıb. Bu da işəgötürən və gənclər arasında gözlənti uyğunsuzluğuna səbəb olur.
TikTok, Instagram kimi sosial şəbəkələrdə gənclər tez-tez luks həyat tərzi, sərbəst iş imkanları və qısa zamanda böyük gəlir əldə etmə yolları barədə məzmunlarla rastlaşırlar. Bu da onların ənənəvi işlərə marağını azaldır. Artıq ofis işi və ya fiziki əmək gənclər üçün o qədər də cəlbedici deyil.
Digər tərəfdən, sosial şəbəkələr gənclərə öz brendlərini yaratmaq, freelance işləmək və digital nomad olmaq kimi yeni yollar təqdim edir. Bu da onları ənənəvi iş modellərindən uzaqlaşdırır.
Bir çox işəgötürənlər yeni nəsil haqqında belə düşünür: "Tənbəldirlər, çalışmaq istəmirlər." Amma məsələ tənbəllik deyil. Məsələ ondadır ki, iş dünyası artıq köhnə qaydalarla idarə olunmur. Müasir gənclər daha çox yaradıcılıq, özünü ifadə etmə və şəxsi inkişaf imkanları təqdim edən işlərə üstünlük verirlər.
Bu dəyişiklikləri nəzərə alaraq işəgötürənlər:
Gənclərin iş bəyənməməsi mövzusu çoxşaxəlidir. Bu problemi yalnız gənclərin gözləntiləri və ya işəgötürənlərin tələbləri ilə izah etmək mümkün deyil. Əsas səbəb, iş dünyasının gənclərin yeni tələblərinə uyğunlaşmamasıdır.
Bəlkə də problem gənclərdə deyil, iş yerlərinin dəyişməsindədir. Dünya sürətlə dəyişir və iş dünyası da bu dəyişikliklərə uyğunlaşmalıdır. Əks halda, yeni nəsil ənənəvi iş yerlərindən daha çox alternativ yollar axtarmağa davam edəcək.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb