Bazar, 11 May, 2025

Müştəri Xidməti Departamentində Pərakəndə Bankçılıq üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 8 İyul, 2023 - 19:18
Müştəri Xidməti Departamentində Pərakəndə Bankçılıq üzrə mütəxəssis vakansiyası

“Bank Respublika” ASC Müştəri Xidməti Departamentində Pərakəndə Bankçılıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;
  • Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
  • Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
  • Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
  • Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
  • Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
  • Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
  • Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dili biliyi arzuolunandır;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 iyul 2023-cü il tarixinədək email-in mövzu hissəsində Pərakəndə Bankçılıq üzrə mütəxəssis (MXD) qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...