Bazar ertəsi, 12 May, 2025

React developer vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 21 Dekabr, 2023 - 16:03
React developer vəzifəsi üzrə vakansiya

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarının İnkişafı Departamentində Daxili sistemlərin inkişafı şöbəsinə React developer vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri: 

 

  • React.js, digər kitabxana və texnologiyalardan istifadə etməklə yaxşı dizayn edilmiş və yüksək keyfiyyətli front sistemlər qurmaq;
  • Front-end arxitekturanı davamlı təkmilləşdirmək;
  • Komponentlərin maksimum performans üçün optimallaşdırılması;
  • Cihaz və brauzerlər arasında performansı təmin etmək üçün kodun sazlanması və optimallaşdırılması;
  • Kod review-da iştirak.

 

Namizədə qarşı tələblər: 

 

  • Sahə üzrə minimum 3 il iş təcrübəsi (bank sektoru arzuolunandır);
  • JavaScript üzrə dərin biliklər (DOM manipulasiyası, ES6 daxil olmaqla);
  • Redux və Redux Toolkit üzrə praktiki biliklər;
  • Kompleks UI komponentləri yaratmaq və React-də state-in idarəetmə bacarığı;
  • Node js + Express js ilə effektiv kod yazma bacarığı (RESTful API yazılması üzrə təcrübə) ;
  • React hook form və ya oxşar form state idarə etmə kitabxanası ilə təcrübə;
  • TypeScript və TSX ilə praktiki təcrübə;
  • Code review təcrübə;
  • CI/CD pipeline və tool-ları haqqında məlumat;
  • Micro-frontends ilə təcrübə (arzuolunandır)
  • Test kitabxanaları ilə təcrübə (arzuolunandır)
  • Analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Problem həll etmə bacarığı

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 yanvar 2024-cü il tarixinədək emailin mövzu hissəsində React developer  qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 323
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 752
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 385
Xaricdə təhsil almaq...