Bazar, 11 May, 2025

“SCOPUS AI - Süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı” mövzusunda info-sessiya keçiriləcək


  • | Dərc edildi: 1 Fevral, 2025 - 01:23
“SCOPUS AI - Süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı” mövzusunda info-sessiya keçiriləcək

“SCOPUS AI - Süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı” mövzusunda info-sessiya keçiriləcək.



Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 12 fevral tarixində Bakı Mühəndislik Universitetində “SCOPUS AI - Süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı” adlı info-sessiya keçiriləcək.

İnfo-sessiya “SCOPUS AI” alətindən səmərəli istifadə edərək əhatəli ədəbiyyat axtarışı, tədqiqat trendlərinin, istinadlar və tədqiqat təsirlərinin təhlili, elmi araşdırmalar üçün süni intellekt alətindən səmərəli istifadə, eləcə də iş prosesini optimallaşdıraraq tədqiqata ayrılan vaxta qənaət kimi mövzuları əhatə edir.

Sessiyada elm və ali təhsil müəssisələrinin akademik və inzibati heyəti (tədqiqatçılar, müəllimlər, doktorantlar, magistrantlar və elmi fəaliyyətə marağı olan digər şəxslər) iştirak edə bilər.

İnfo-sessiyada iştirak etmək istəyən şəxslər aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: LİNK

Tarix: 12 fevral 2025-ci il, saat 11:00
Məkan: Bakı Mühəndislik Universiteti, əsas bina, akt zalı

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 378
Xaricdə təhsil almaq...