Kapital Bank öyrənməyə açıq, təşəbbüskar, yenilikçi, motivasiyalı və həvəsli gənclər üçün yaratdığı Bizdən Biri Təcrübə proqramına start verdi!
Proqram sizə nələr qazandıracaq:
· Bank sahəsində mütəxəssisləşmiş, peşəkarlarla ünsiyyətdə olmaq və onlardan öyrənmək;
· Ölkənin Birinci bankında maliyyə, təhlil, satış üzrə biliklərə yiyələnmək;
· Fürsət və yeniliklər dolu bir mühitdə işləmək imkanı;
· Təcrübə sonrası bankda rəsmi işə başlama imkanı;
· Məsafədən (remote) işləmə imkanı;
Proqrama kimlər müraciət edə bilər:
· Maliyyə/münasibat uçotu/iqtisadiyyat ixtisasların məzunları/tələbələr, daha öncə satış üzrə təcrübələrdə iştirak edənlər, başlanğıc və bir üst biliklərə sahib olanlar;
· Motivasiyası yüksək olanlar, yeniliklərə açıq və dinamikanı sevənlər.
• SME kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək;
• Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
• Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları Kredit Anderraytinqi Departamentinə ötürmək;
• Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək;
• Görülmüş işlər üzrə hesabatlar vermək.
•Ali təhsil;
•Təqdimetmə bacarığı;
•Kommunikasiya bacarığı;
•Sərbəst danışıq;
•Məntiqi düşüncə;
•Azərbaycan dilində səlis oxumaq və yazmaq bacarığı;
•Korporativ dəyərlərə uyğun olmaq.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb