Bazar, 11 May, 2025

Avrora Qrup ailəsinin üzvü olmaq istəyənləri karyera gününə dəvət edir


  • Dərc edildi: 25 Oktyabr, 2022 - 12:10
Avrora Qrup ailəsinin üzvü olmaq istəyənləri karyera gününə dəvət edir

“Avrora Qrup”da çalışmaq istəyənlərə şad xəbər
 
Avrora Qrup ailəsinin üzvü olmaq istəyənləri karyera gününə dəvət edir. Sürətlə inkişaf edən, qarşısına qoyduğu hədəflərə uğurla addımlayan Avrora Qrup öz komandasını genişləndirmək, eyni zamanda peşəkar kadrları cəlb etmək üçün 29.10.2022-ci il tarixində saat 10:00-dan 15:00-a qədər karyera günü təşkil edəcək.
 
Karyera günündə satış nümayəndəsi, merçendayzer, fəhlə, sürücü, sürücü köməkçisi və müxtəlif istiqamətlərdə mütəxəssis kateqoriyalı vəzifələr üzrə müraciətlər qəbul ediləcək.

Anket formasını dolduraraq müraciət etmiş namizədlər aktiv vakansiyalar üzrə uyğun olduğu təqdirdə təkrar müsahibəyə (imtahana) dəvət ediləcəklər.
 
Qeyd edək ki, karyera günündə iştirak edən namizədlərin bir qrupu növbəti illərdə yaranan vakansiyalar üçün ehtiyat bazaya əlavə olunacaq. Gələcəkdə tələb yaranan zaman işə qəbul prosesində bu namizədlərə üstünlük veriləcək.
Karyera günündə iştirak etmək istəyən namizədlər 29.10.2022-ci il saat 10:00-dan etibarən Nərimanov rayonu, Aşıq Molla Cümə 46 C ünvanında yerləşən “Avrora Qrup”un mərkəzi ofisinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmaqları xahiş olunur. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 318
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 745
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 383
Xaricdə təhsil almaq...