Şənbə, 10 May, 2025

DOST TV-də ödənişsiz təcrübə imkanı


  • Admin:
  • | Dərc edildi: 7 Fevral, 2025 - 11:03
DOST TV-də ödənişsiz təcrübə imkanı

DOST TV-də ödənişsiz təcrübə imkanı

 

Əziz gənclər, 

Peşəkarların əhatəsində şəxsi və peşəkar inkişaf ilə bağlı sizə ödənişsiz təcrübə imkanları təqdim edirik. 

"TeleDOST" altproqramı DOST TV-də həyata keçirilən könüllülük fəaliyyətidir. Bu proqrama qoşulmaqla siz jurnalistika, teleaparıcılıq, rejissorluq, operatorluq, montaj sənəti kimi ixtisaslar üzrə təcrübə toplaya, əmək bazarında tələbat olan mütəxəssis kimi özünüzü formalaşdıra bilərsiniz. 

Bu unikal təcrübə proqramına qoşul və aşağıdakıları öyrən: 

- İctimaiyyətlə effektiv əlaqələrin qurulması,
- Teleaparıcılıq, 
- Televiziya işinin təşkili, 
- Xəbər istehsalı, 
- Video reportajların hazırlanması, 
- Video montaj sənətinin incəlikləri,
- Foto sənətinin incəlikləri. 

Kimlər bu proqrama qoşula bilər? 

1. Jurnalistika, filologiya, sənətşünaslıq, aktyor sənəti kimi sahələrdə ali təhsil alan gənclər.

2. Radiotexnika və telekommunikasiya sahələrində ali və ya orta ixtisas təhsili alan gənclər. 

Aşağıdakı qeydiyyat bölmələrini dolduraraq siz də ödənişsiz təcrübə imkanlarından yararlana bilərsiniz:

 

Müraciət et

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 730
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...