Əziz gənc müəllimlər!
Əgər müasir metodlarla peşə bacarıqlarınızı zənginləşdirmək və gələcəyin uğurlu təhsilini formalaşdırmaqda pay sahibi olmaq istəyirsinizsə, bu layihə sizin üçündür!
Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır-2023” qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “21-ci əsrin müəllimləri” layihəsi gənc ali məktəb müəllimlərinə peşəkar bacarıqlar aşılamaq, müasir təhsil metodlarını öyrətmək və təhsildə innovativ yanaşmaları inkişaf etdirmək məqsədi daşıyır.
Bu layihə iştirakçılara aşağıdakıları təmin edəcək:
Yaradıcı, effektiv və müasir dərs planlaşdırma strategiyaları;
Təhsildə texnologiyadan istifadə bacarıqları;
Tələbə mərkəzli tədris yanaşmaları;
Bazar tələblərinə cavab verən yumşaq və sərt bacarıqlar;
Qrup işlərinin tətbiqi üsulları;
Effektiv ünsiyyət və əməkdaşlıq bacarıqlarının təkmilləşdirilməsi;
Öyrənmə materialının hazırlanma qaydaları və s.
Bilik və bacarıqların səmərəli mübadiləsi üçün keyfiyyətli mühit və s.
Qeyd: 22-23 iyun, 2024 tarixlərində baş tutacaq layihəmiz 22-35 yaş arası gənc ali məktəb müəllimləri üçün nəzərdə tutulub və 2 günlük intensiv təlimlər və praktiki tapşırıqlar formatında təşkil olunacaq. Təlimləri uğurla başa vuran şəxslər sertifikatla təmin olunacaq.
Müraciət üçün son tarix: 10 iyun, 2024.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb