Bazar, 11 May, 2025

“IT Support” vakansiyası


  • | Dərc edildi: 16 Aprel, 2025 - 15:03
“IT Support” vakansiyası

Milli Aviasiya Akademiyası İnformasiya Texnologiyaları Mərkəzinə “IT Support” vakansiyası üzrə müsahibə elan edir.
 


Vəzifə öhdəlikləri:


• Windows/MAC kompüterləri üçün dəstəyin təmin edilməsi;
• MS Server/SQL/Linux-un dəstəklənməsi;
• Proqram təminatı, şəbəkə və ya hardware problemlərinin diaqnoz edilməsi;
• Proqram təminatlarının quraşdırılması, yenilənməsi və konfiqurasiyası;
• İstifadəçilərə texniki dəstəyin göstərilməsi;
• Kompüterlərin və proqram təminatının son istifadəçilərinin texniki dəstək zənglərinə cavab vermək;
• İstifadəçi hesabının yaradılması, dəyişdirilməsi və deaktiv edilməsi;
• Lokal şəbəkə problemlərinin (LAN/Wi-Fi) diaqnostikası və aradan qaldırılması;
• Backup sistemlərinin işlək vəziyyətdə saxlanılması və ehtiyac olduqda bərpa prosesinin həyata keçirilməsi.
 


Tələblər:


• Minimum təhsil dərəcəsi: Tam ali, magistr(arzuolunan);
• Təhsil istiqaməti/ixtisası: İnformasiya texnologiyaları və ya kompüter elmləri üzrə bakalavr dərəcəsi;
• IT Support, Help Desk və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
• IT sertifikatları (CompTIA A+, MCSE, CCNA və s.) üstünlükdür;
• Azərbaycan dili – əla, ingilis dili – yaxşı, rus dili – aruzolunandır.
 


Fərdi keyfiyyət göstəriciləri:


• Koordinasiya etmə bacarığı;
• Problemləri analiz və həll etmə bacarığı;
• Komanda ilə işləmə və güclü ünsiyyət bacarığı;
• Vəzifə öhdəliklərini tam və vaxtında icra etmək bacarığı. 
 


Əlavə məlumatlar:


• Ofisdaxili;
• İş qrafiki: I-V günlər, 08:30-17:00;
• Ünvan: Bakı şəh., Mərdəkan pr., 30, AZ1045.

Vakansiyaya son müraciət tarixi: 25.05.2025

Namizədlər tələb olunan sənədləri [email protected] e-mail ünvanına göndərə bilərlər (mövzu hissəsinə “IT Support” qeyd olunması mütləqdir).
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 378
Xaricdə təhsil almaq...