Bazar ertəsi, 12 May, 2025

“Sağlam Həyatla Sağlam Gəncliyə” layihəsinə start verilib


  • Dərc edildi: 18 Noyabr, 2022 - 13:27
“Sağlam Həyatla Sağlam Gəncliyə” layihəsinə start verilib

“Sağlam Həyatla Sağlam Gəncliyə” layihəsinə start verildi.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müsabiqəsinin qalibi olaraq “Gənc velosipedçilər” İctimai Birliyi “Sağlam Həyatla Sağlam Gəncliyə” layihəsi çərçivəsində 12 noyabr Bakı şəhərində velosiped idman növü üzrə nəzəri və praktiki təlimlərə start verdi.
Layihənin məqsədi yeniyetmə və gənclər, o cümlədən şəhid və qazi övladları arasında velosiped idmanına marağı artırmaq, bu idman növünün sağlamlıqda rolu və ondan düzgün istifadə qaydalarını iştirakçıların diqqətinə çatdırmaqdır.
Qeyd edək ki, layihə Gəncə şəhərində, Bərdə, Biləsuvar rayonlarında davam edəcək və regionlarda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin velosiped bölmələrinin işinin fəallaşması və təkmilləşməsinə də öz töhfəsini verəcək. Seminar zamanı iştirakçılara velosiped üzərində nəzəri və praktiki təlimlər keçirilir, müxtəlif çap materialları paylanılır, fərqlənən iştirakçılar isə sertifikatla təltif edilir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 324
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 753
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 387
Xaricdə təhsil almaq...