Bazar, 11 May, 2025

Əmək haqqı üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 17 Yanvar, 2025 - 21:48
Əmək haqqı üzrə mütəxəssis vakansiyası

Böyüyən və inkişaf edən komandamızın üzvü ol!
Vəzifə: Əmək haqqı üzrə mütəxəssis



Namizədə dair gözləntilər və xüsusi tələblər:



1C 8.3 proqramı ilə işləmə bacarığı;
Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes və s.);
Azərbaycan Respublikasının Əmək və Vergi Məcəllələrini yüksək səviyyədə bilməli;
Kompyuter bilikləri: MS Office proqramında işləmək bacarığı (excel-əla); 
Dil bilikləri- azərbaycan dili-əla; Rus dili-yaxşı; ingilis dili arzuolunandır.
Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə);
Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;
Məsuliyyətli və işində dəqiq;
Komandada işləmək bacarığı;
İşgüzarlıq, təşəbbüskarlıq.



Vəzifə öhdəlikləri:


İşçilərin aylıq əmək haqqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin olunması;
Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının təmin edilməsi;
Qanunvericiliyinə uyğun hesabatların hazırlanması və təqdim olunması (Vahid bəyənnamə, statistika hesabatları (4-əmək, 1-əmək));
Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və vaxtında təqdim olunması;
Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
Əmək haqqına dair daxil olan sorğuların cavablandırılması.



Əlavə məlumat:



İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri;
İmtiyazlar: Tibbi sığorta; 
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Əmək haqqı üzrə mütəxəssis) qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...