“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Kredit Satışı üzrə İşçi vəzifəsini elan edir.
Rol haqqında
Kredit Satışı üzrə İşçi hədəf qrupda olan müştərilər ilə əlaqə saxlayaraq onlara kredit məhsulları barədə məlumat verəcək, müştərilərin ehtiyacına və ödəniş qabiliyyətinə uyğun olaraq kredit məbləği və şərtlərini müəyyən edəcək, müştərilərin kredit ilə bağlı suallarını cavablayacaq, kreditin təsdiqlənməsi üçün lazımi sənədləşməni hazırlayacaq məsul şəxsdir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
Namizəddən gözləntilərimiz
Digər Bilik və Bacarıqlar:
Qeyd:
Bu vəzifəni icra edən işçilər Satış prosesini stimullaşdırmaq məqsədi daşıyan xüsusi qiymətləndirməyə cəlb olunacaqlar.
İşçilər üçün vəzifə daxilində qəbul olunmuş vaxt çərçivəsində növbəti səviyyəyə yüksəlmə nəzərdə tutulub. (Əsas Fəaliyyət Göstəricilərinin nəticələrinə və qəbul olunmuş prosedura əsasən)
Bu yüksəlmə mexanizmi şirkət rəhbərliyi tərəfindən təşviq olunur.
Seçimlərdə növbəti addımlar
Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda
müraciət etmək üçün âaşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 11 Fevral, 2023 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!
Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
“FINCA Azerbaijan” haqqında
“FINCA Azerbaijan” icma əsaslı 17 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb