İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) gənclər üçün 24 aylıq peşəkar təlim proqramı elan edir. Bu proqram Rabat, Mərakeş Krallığında yerləşən ICESCO-nun Baş Qərargahında keçiriləcək. Proqram gənclərin liderlik və peşəkar bacarıqlarını inkişaf etdirmək, onların təhsil, elm və mədəniyyət sahələrindəki fəaliyyətlərini gücləndirmək məqsədini daşıyır.
✅ ICESCO Üzv Dövlətlərinin vətəndaşı olmaq;
✅ 35 yaşdan kiçik olmaq;
✅ Təhsil, elm və ya mədəniyyət sahəsində ən azı bakalavr dərəcəsinə sahib olmaq;
✅ Ərəb, ingilis və ya fransız dillərindən birini bilmək (iki dil bilməsi üstünlükdür).
Son qeydiyyat tarixi: 30 yanvar 2025-ci il
Ətraflı məlumat üçün: https://icesco.org/en/2024/12/24/applications-open-for-the-24-month-second-edition-of-icescos-young-professionals-programme/
Bu proqram, gənclərin beynəlxalq təşkilatlarda iş mühitini öyrənməsi və peşəkar təcrübə qazanması üçün unikal imkandır. Siz də iştirak edin və öz gələcəyinizi qurun!
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb