Bazar, 11 May, 2025

““Computer Science Discoveries” kursunun tərcüməsi və tətbiqi” layihəsinin açılışı olub


  • Dərc edildi: 5 Noyabr, 2023 - 21:15
““Computer Science Discoveries” kursunun tərcüməsi və tətbiqi” layihəsinin açılışı olub

““Computer Science Discoveries” kursunun tərcüməsi və tətbiqi” layihəsinin açılışı olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““Computer Science Discoveries” kursunun tərcüməsi və tətbiqi” layihəsinin açılış mərasimi keçirilib.

Açılış mərasimi M.Ə.Sabir adına 259 №li tam orta məktəbdə baş tutub. Tədbirdə layihə rəhbəri, məktəb direktorları, müəllimlər iştirak edib.

Öncə çıxış edən layihə rəhbəri layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd code.org saytında “Computer Science Discoveries” kursunun Azərbaycan dilinə tərcümə edilərək code.org saytına yerləşdirilməsi və pilot olaraq 3 məktəbdə tətbiqini həyata keçirməkdir. Bildirilib ki, məqsədə nail olmaq üçün bir sıra vəzifələr vardır. Bunlar Bakı Şəhər Təhsil İdarəsi və Universitetlərlə əməkdaşlıqların qurulması, ekspertlərin təsdiqlənməsi, könüllülərin cəlbi və onlarla görüşün keçirilməsi, tərcümə lüğətinin seçilməsi və təsdiq edilməsi, kontentin tərcüməsinin başlanılması və ekspertlər tərəfindən təsdiq olunması, platformanın siniflərdə pilot olaraq tətbiqi üçün müəllimlərin seçilməsi, pilot siniflərin seçilməsi və təsdiq edilməsi, Azərbaycan dilində code.org platformasından istifadə üçün təlimat videosunun hazırlanması, məktəbdə dərnəyin təşkil olunması və

qiymətləndirmə görüşlərinin təşkilidir.

Mərasimdə çıxış edən digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar arzulayıblar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 321
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 752
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 384
Xaricdə təhsil almaq...