Məqsədimiz nədir?
SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşı olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran, ixtisasını sevən və yüksək ixtisas biliklərinə sahib gənclərin inkişafına dəstək olmaq üçün Gənc İstedadlar Proqramına start verir. Proqrama qoşularaq şirkətimizin peşəkar kadrları ilə birlikdə çalışmaq və bir çox iri layihələrdə iştirak etmək fürsətini əldə etmiş olacaqsınız. Məqsədimiz gənclərin yalnız texniki bacarıqlarını inkişaf etdirmək deyil, həmçinin onları korporativ mühitlə tanış etmək, onlara təşkilati dəyərləri öyrətmək və onları iş həyatına hazırlamaqdır.
Proqram sizə nə vəd edir?
Proqram 5 ay ərzində gənclərə SOCAR-da istehsalat təcrübəsində iştirak etmək, ixtisas biliklərinin və davranış səriştəliklərinin inkişaf etməsi üçün təşkil olunan təlimlərdə iştiak etmək, müəyyən edilmiş təqaüddən yararlanmaq imkanı verir. Proqramın sonunda öz bilik və bacarıqları ilə seçilən peşəkar və perspektivli gənclər işlə təmin olunma imkanı əldə edirlər.
Gənc İstedadlar Proqramına kimlər müraciət edə bilər?
Proqrama aşağıdakı ixtisaslar üzrə Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavr pilləsinin sonuncu kursunda və magistatura pilləsində təhsil alan, həmçinin son 3 il ərzində təhsilini başa vurmuş məzunlar müraciət edə bilərlər. Proqrama iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan tələblərə cavab verməlidir:
Seçim prosesi hansı mərhələlərdən ibarətdir?
Seçim müsabiqə əsasında və 2 mərhələdən ibarət olmaqla həyata keçirilir:
Necə müraciət etmək olar?
Gənc İstedadlar Proqramında iştirak etmək üçün iddiaçılar fərdi qaydada aşağıdakı keçidlər üzrə elektron müraciət etməlidirlər.
Əlavə suallarınız olarsa [email protected] ünvanına göndərə və ya 0125213405 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərsiniz.
*Məlumat üçün bildiririk ki, SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlar Gənc İstedadlar Proqramının qalibi olmuş şəxslərin işə qəbul edilməsi ilə bağlı öhdəlik daşımır.
İnsan resursları : Müraciət et 24.10.2024
Qaz təsərrüfatı: Müraciət et 24.10.2024
İqtisadiyyat: Müraciət et 24.10.2024
İnformasiya texnologiyaları: Müraciət et 30.10.2024
Proseslərin avtomatlaşdırılması mühəndisliyi: Müraciət et 24.10.2024
Mexanika mühəndisliyi: Müraciət et 30.10.2024
Energetika mühəndisliyi: Müraciət et 24.10.2024
Kimya mühəndisliyi: Müraciət et 30.10.2024
Geologiya: Müraciət et 24.10.2024
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb