"Müştəri Xidmətləri üzrə Operator (gecə növbəsi)" vakansiyası
-
-
Dərc edildi: 28 Sentyabr, 2024 - 09:51
ClipTV şirkətində "Müştəri Xidmətləri üzrə Operator (gecə növbəsi)" vakansiyası mövcuddur.
Öhdəliklər:
• Cəmiyyətin xidmət və məhsullarından istifadə edən müştərilərə professional yardım göstərmək;
• Müraciət edən şəxs və təşkilatları dinləmək, problemlərini araşdırmaq və lazımi tədbirləri təmin etmək;
• Müştərilərə koorporativ standartlara uyğun olaraq müraciət etmək;
• Daxil olan sorğuları qəbul etmək, müvafiq şəxslərə yönləndirmək və cavab aldıqdan sonra problemin səbəbini və aradan qaldırılmasını qeyd etmək;
• Telefon və elektron poçt vasitəsi ilə müştərilərdən sifariş qəbul etmək və qeydiyyatını müvafiq proqrama aparmaq;
• Müraciətləri texniki tərəfdən düzgün qiymətləndirmək, məsləhətlər vermək, problemlərin maksimum operativ sürətdə həllini təmin etmək;
• Rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirmək.
>Vəzifəyə aid qoyulan tələblər:
• Ali təhsil
• Kompüter ilə aktiv işləmə bacarığı
• Azərbaycan və rus dili səlis, ingilis dili arzuolunandır.
• 1 ildən az olmayan iş təcrübəsi
Şəxsi keyfiyyətlər:• Nəzakətli olmaq
• Ünsiyyətcil, məsuliyyətli, işində cəld və dəqiq olmalıdır
• Səbrli və təmkinli
• Aydın və səlis nitq qabiliyyəti
• Müştərilər ilə xoş danışıq
• Tapşırıqları operativ icra etmə qabiliyyəti
• Kollektivdə işləmə bacarığı
Əlavə məlumatlar:• Korporativ nömrə və danışıq balansı;
• AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərin CV formasını mövzu hissəsində “Müştəri xidmətləri üzrə operator” qeyd etməklə
[email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb