Sağlam Ailə tibb mərkəzində marketinq rəhbəri vakansiyası
Vəzifə və öhdəliklər:
Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək; Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
Rəqabət analizi və təhlillərin aparılmasında iştirak etmək;
Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
Şirkətin strateji marketinq planının icrasını həyata keçirərək, tabeliyində olan komandanı idarə etmək;
Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək
Ən yeni və səmərəli SEO təcrübələrini analiz və tətbiq etmək
Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
Satışın artırılmasına yönəlik aktivliklər, kampaniyalar təşkil etmə və hesabatlılığın təmini.
Namizədə olan tələblər:
Ali təhsil (Marketinq, Biznes, Menecment sahəsində üstünlükdür);
Marketinq sahəsində rəhbər kimi minimum 5 il iş təcrübəsi mütləqdir;
Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
Dürüstlük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı;
İş qrafiki: həftə içi beş gün (istirahət günləri: şənbə, bazar və istehsalat təqviminə uyğun olaraq qeyri iş günləri)
İş vaxtı: 09:00-18:00;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.
Əlavə:
İşçi illik check up paketi ilə təmin olunur.
İşçinin özü və ailə üzvlərinə tibbi xidmətlərdə 50 faiz endirim təklif olunur;
Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini [email protected] emailin mövzu hissəsinə “Marketinq rəhbəri” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb