Bazar, 11 May, 2025

"Personal Assistant" vakansiyası


  • Dərc edildi: 2 Fevral, 2023 - 17:07
"Personal Assistant" vakansiyası

"Azərbaycan Dəmir Yolları" QSC-nin Aparatına "Personal Assistant" axtarırıq:

İşin təsviri:
·  Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icra edilməsi;
·  Strukturun fəaliyyətinə aid sənədlərə baxılması və onların düzgün rəsmiləşdirilməsinin yoxlanılması;
·  Rəhbərlk tərəfindən verilmiş tapşırıq əsasında təqdimatların hazırlanması;
·  Daxili şöbələrlə əlaqə qurmaq, zənglərin cavablandırılması və işgüzar səyahətlərin təşkil edilməsi;
·  Rəhbərlik adından daxili və xarici yazışmaların idarə edilməsi;
·  İclas və görüşlərin təşkili, iştirakçılara vaxt, yer və mövzu barədə məlumat verilməsi, habelə görüşlərin protokollarının tərtib edilməsi;
·  Zəruri hallarda rəhbərliyin iş görüşləri və yazışmalarını Azərbaycan dilindən rus/ingilis dilinə və əksinə tərcümə edilməsi;
·  Məlumatların məxfiliyinin qorunması.
 
Namizəd üçün tələblər
·  Ali təhsil;
·  Sahə üzrə 1 il iş təcrübəsi;
·  Azərbaycan, İngilis, Rus dillərində səlis danışıq/yazı bacarığı;
·  MS Word, Excel, PowerPoint, Outlook və s. ofis proqramlarından mükəmməl istifadə bacarığı;
·  Mükəmməl ünsiyyət bacarığı;
·  Zamanın səmərəli və effektiv idarəedilməsi;
·  Güclü təşkilatçılıq və eyni zamanda bir neçə tapşırığın icra edilməsi;
·  Nəzakətli və diplomatik ünsiyyətə sahib olması.
 
İş qrafiki: Həftəiçi 09:00-18:00
 
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
 
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən CV formalarını [email protected] mail ünvanına “Şəxsi köməkçi” başlığı ilə göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərə geri dönüş ediləcəkdir.

Son müraciət tarixi:12.02.2023

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...