Təcrübə proqramının əsas məqsədi könüllülərin şəxsi və peşəkar inkişafına töhvə vermək, peşəkar mühitdə iş mexanizminin qurulmasına fayda verməkdir.
Təcrübə proqramının istiqamətləri aşağıdakılardır:
Layihələrin təşkili və idarəolunması;
Könüllülərin idarəolunması;
Kütləvi tədbirlərin təşkili;
İctimaiyyətlə Əlaqələr (PR).
Sizi nə gözləyir
Peşəkar işçi komandası ilə işləmək və öyrənmək imkanı;
Müvafiq sahələr üzrə mütəxəssislərlə təlimlər və görüşlər;
İstiqamələr üzrə görülən işlərdə birbaşa iştirakçılıq;
Təşkilat daxilində effektiv ünsiyyət və əməkdaşlıq;
Könüllü sahəsindəki bilikləri real iş mühitində tətbiq etmək.
Siz də liderlik bacarıqlarınızı artırmaq və könüllülərlə iş sahəsində biliklər əldə etmək istəyirsinizsə bizə qoşulun!
Qeyd edək ki, təcrübə proqramı 4 ay davam edəcək. Proqrama İttifaqa üzv təşkilatlardan birində minimum 6 ay könüllü fəaliyyəti göstərmiş 18-25 yaş aralığında olan gənclər müraciət edə bilərlər. Təcrübə proqramını uğurla tamamlayan iştirakçılara Sertifikat təqdim olunacaq.
Qeydiyyat linki: LİNK
Müraciət üçün son tarix: 18 may 2025-ci il
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb