Bazar, 11 May, 2025

“Sabahın alimləri” XII Respublika Müsabiqəsi keçiriləcək


  • Dərc edildi: 6 Oktyabr, 2022 - 22:42
“Sabahın alimləri” XII Respublika Müsabiqəsi keçiriləcək

ABŞ-ın Society for Science təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XII Respublika Müsabiqəsi keçiriləcək.

Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyan müsabiqə çərçivəsində 8 (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) istiqamət üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunması hədəflənmişdir.

Sözügedən müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (ISEF) göndəriləcək.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər/müəllimlər qaydalar və müvafiq formalarla tanış olmaq, eyni zamanda qeydiyyatdan keçmək üçün www.sabahinalimleri.edu.az internet səhifəsindən aşağıdakı linklərə daxil ola bilərlər:

Qaydalar: https://bit.ly/3M4xKZP

Formalar: https://bit.ly/3SFAz5S

Qeydiyyat: https://bit.ly/3C9UT8H

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 317
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 738
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 381
Xaricdə təhsil almaq...