Şənbə, 10 May, 2025

"Hesabatlıq üzrə mütəxəssis" və "Vergilər üzrə mühasib" vakansiyaları


  • Admin:
  • | Dərc edildi: 3 Fevral, 2025 - 15:45
"Hesabatlıq üzrə mütəxəssis" və "Vergilər üzrə mühasib" vakansiyaları

Dövlət Radiotezliklər İdarəsi (DRİ) "Hesabatlıq üzrə mütəxəssis" və "Vergilər üzrə mühasib" vakansiyalarını elan edir.



Hesabatlıq üzrə mütəxəssis



Vəzifə üçün tələblər:



• Maliyyə vəsaitlərin hərəkətinin uçotunun aparılması;
• Maliyyə uçotunun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtib edilməsi;
• Maliyyə hesabatlarının hazırlanması, statistik hesabatların verilməsi üçün məlumatlar hazırlamaq;
• Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların qənaətinə, mühasibat uçotunun düzgün təşkilinin təmin olunmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
• Maliyyə ehtiyatlarının yetərli olub-olmadığını müəyyən etmək üçün maliyyə nisbətlərin hesablanması;
• Rəhbərlik tərəfindən müəyyən edilən hesabatların hazırlanması, təhlil edilməsi və təqdimatların hazırlanması;
• Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi;
• Maliyyə hesabatlarını MHBS standartları əsasında tərtib etmək.



Namizəd üçün tələblər:



• Maliyyə və ya İqtisadiyyat üzrə ali təhsil;
• Yerli və beynəlxalq mühasibatlıq idarəetmə standartdları üzrə biliklər (PMS , ACCA F7 və ya DipİFR sertifikatlarının olması üstünlükdür);
• 2 ildən az olmayaraq maliyyə sahəsində iş stajı;
• Azərbaycan dilində mükəmməl yazı və səlis şifahi ünsiyyət bacarığı;
• İngilis və Rus dili üzrə orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
• Təhlil etmə və analitik düşüncə;
• Təqdimat bacarıqları;
• Dəqiqilik;
• Məsuliyyətli olmaq.
___________________________________________________

Vergilər üzrə mühasib vakansiyası



Vəzifə üçün tələblər:



• Vergi bəyannamə tərtibat proqramında (BTP) vergi hesabatlarını (ƏDV, Mənfəət, Əmlak,Torpaq,ÖMV) hazırlamaq;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
• Verginin tələbi üzrə hesabatların dəqiqləşmələrinin hazırlanması;
• Müəssisənin mükəlləfiyyəti üzrə vergi hesabatlarına gələn kameral uyğunsuzluqların aradan qaldırılması;
• Vergi hesabatlarının hazırlanması, vergi orqanına və rəhbərliyə təqdim edilməsi;
• Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər vermək;
• Vergi tutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılmasına nəzarət etmək;
• Əvvəlki və cari dövrlərdə vergi uçotunda yaranan problemlərin həll edilməsi (təsdiqedici alt sənədlərin bərpası və təmin edilməsi);
 


Namizəd üçün tələblər:



• Maliyyə və ya İqtisadiyyat üzrə ali təhsil;
• ACCA , DipİFR sertifikatlarının olması arzu olunandır;
• 3 ildən az olmayaraq maliyyə sahəsində iş stajı;
• Analitik düçüncə və məsuliyyətli olmaq;
• Dəqiqlik;
• Problem həll etmə bacarığı;
• Məsuliyyətli olmaq.

Tələblərə uyğun namizədlər CV-ni mövzu hissəsində “Hesabatlıq üzrə mütəxəssis” və ya “Vergilər üzrə mühasib” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 730
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...