Şənbə, 10 May, 2025

“Gənclərin Peşə Bələdçisi” proqramına qeydiyyat açıq elan edilir


  • | Dərc edildi: 4 Mart, 2025 - 17:02
“Gənclərin Peşə Bələdçisi” proqramına qeydiyyat açıq elan edilir

“Gənclərin Peşə Bələdçisi” proqramına qeydiyyat açıq elan edilir!

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı və Lənkəran Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə “Gənclərin Peşə Bələdçisi” proqramına qeydiyyat açıq elan edilir!

Proqramın məqsədi gənclərlə işləyən şəxsləri – müəllimləri, influenserləri, təlimçiləri və aktiv gəncləri “Peşə Bələdçisi” kimi formalaşdırmaqdır. İştirakçılar həm onlayn, həm də oflayn təlimlərdə iştirak edərək gənclərin peşə seçimində onları doğru istiqamətləndirmək üçün lazım olan bilik və bacarıqlara yiyələnəcəklər.

Proqram çərçivəsində:
 Təlimçilik bacarıqları və effektiv ünsiyyət təlimləri
 Müxtəlif peşələr haqqında dərin bilik və karyera yolları

 Onlayn və oflayn təlimlər – Peşə sahələrini dərindən araşdırma
 “İnsan Kitabxanası” və simulyasiya əsaslı metodlarla praktiki öyrənmə

 Peşə bələdçisi və təlimçilik istiqamətində uzun müddətli onlayn təlim proqramı
 Peşə mərkəzlərinə təhsil səfərləri və real iş mühitində müşahidə
 Lənkəranda 4 günlük düşərgə və intensiv peşə yönləndirmə proqramı təşkil oluncaq.

Əgər 23-35 yaş arasındasansa, gənclərlə işləyirsənsə və onların gələcək karyera seçimində dəstək olmaq istəyirsənsə, bizə qoşul!

 Tarix: 1 fevral -31 iyul
 Məkan: Azərbaycan Respublikası ərazisi 

Düşərgə məkanı: Lənkəran
 Son müraciət tarixi: 10 mart
 Qeydiyyat linki: https://forms.gle/WZJsMwgrc9C2rXtt7

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 731
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...