Bazar, 11 May, 2025

Masallıda məktəbli-yeniyetmələr üçün icra edilən layihəyə yekun vuruldu


  • Dərc edildi: 8 Dekabr, 2022 - 01:28
Masallıda məktəbli-yeniyetmələr üçün icra edilən layihəyə yekun vuruldu

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəşdirdiyi, Təhsilə və Uşaqlara Yardım İctimai Birliyi tərəfindən icra edilən “Yeniyetmələrin Su, Sanitariya və Gigiyena üzrə maarifləndirilməsi və rolunun artırılması” layihəsinə yekun vuruldu.


Layihə Masallı rayonunun Çaxırlı, Xırmandalı, Göyəçöl və Sığıncaq kəndlərində icra edilmişdir.
Layihənin ilk mərhələsində bu kəndlərdə yaşayan məktəbli-yeniyetmələr üçün Su, Sanitariya və Gigiyena ilə bağlı maarifləndirici təlimlər təşkil edilmişdir. Təlimlər interaktiv formada qrup işləri və xüsusi komanda oyunları ilə icra edilmişdir. Növbəti mərhələdə isə hər kənddən seçilmiş fəal yeniyetmələr üçün Təhsilə və Uşaqlara Yardım İctimai Birliyinin ofisində Su, Sanitariya və Gigiyena klublarının yaradılması, liderlik və komanda ilə işləmək bacarığı, ətraf mühitin qorunması yönümündə təlimlər keçirilmişdir. Layihədə ümumilikdə 102 nəfər yeniyetmə iştirak etmişdir ki, onların 54-ü qız, 48-i oğlan olmuşdur.


Layihə bitdikdən sonra davamlılıq üçün seçilmiş yeniyetmələr öz icmalarında Su, Sanitariya və Gigiyena klubları yaradaraq həm maarifləndirmə həm də müxtəlif fəaliyyətlər icra edəcəklər.
Qeyd üçün bildirək ki, layihənin rəhbəri Təhsilə və Uşaqlara Yardım İctimai Birliyinin sədri Ələsgər Hüseynov, layihənin təlimçisi Rafət Şirəliyev və eksperti Rəşad Dadaşov olmuşdur.

Advertisement

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 317
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 738
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 381
Xaricdə təhsil almaq...