FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üzrə Daxili nəzarət üzrə kiçik işçi vəzifəsini elan edir.
Əsas vəzifə öhdəlikləri hansılardır?
Baş Ofisdə baş verən kreditvermə və ödənişlərin yığımı proseslərini müşahidə etmək və uyğunluq səviyyəsini müəyyən etmək üçün kreditvermə və ödənişlərin yığımı prosesini yoxlamaq:
Müştərilərin kredit prosesini və kredit şərtlərini düzgün başa düşüb-düşməməsini müəyyən etmək üçün müştəri ilə əlaqə saxlamaq,həmçinin şikayətlərlə və müştəri müraciətləri ilə bağlı sorğuların aparılması.
Kreditvermə və yığım prosesində aidiyyəti işçilər tərəfindən aparılan danışıqları dinləmək və kreditvermə təlimatlarına, prosedurlarına əsasən uyğunsuzluğu müəyyən etmək.
Hesabatların vaxtlı-vaxtında hazırlanması və Daxili Nəzarət Rəhbərinə təqdim edilməsi.
Təlimat və prosedurların icrası zamanı təkmilləşdirmə üzrə tövsiyələr vermək.
Kreditvermə və ödənişlərinin yığılması prosesinin RCSA Qiymətləndirmədə qeyd olunmuş kontrol mexanizmlərini yoxlamaq:
Kreditvermə təlimatında nəzərdə tutulmuş kredit sənədlərinin müştəri üzrə olub-olmamasını, səhv və ya düzgün şəkildə doldurulumasını yoxlamaq.
Satış, Yığım Supervayzerlərinin öz öhdəliklərini adekvat qaydada icra etdiklərini təsdiqləmək
Kredit Təsdiq prosessində müştərilərə verilən kreditlərin müvafiq sənədlər və biznes analiz əsasında verilməsini təstiqləmək.
Daxili Nəzarət İşçilərinə (aparıcı, baş daxili nəzarət işçisi) dəstək.
Tələblər
Təhsil və təcrübə:
Bakalavr Dərəcəsi - Biznesin İdarə Edilməsi, Maliyyə, İqtisadiyyat və ya ekvilalent ixtisas
Mikromaliyyə sahəsində ya da Bank sektorunda ən azı 1 il iş təcrübəsi.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb