“Profity Co.” biznes ideyası və kiçik biznesi olan qadınlara dəstək üçün “Qadın Gülərsə” adlı layihəni təşkil edib. Layihə çərçivəsində qadınlara “Sahibkarlıq və innovasiya”, “Menecerlər üçün iqtisadiyyat”, “Biznesdə ictimaiyyətlə əlaqələr”, “Rəqəmsal marketinq” və s. müxtəlif mövzularda təlimlər keçirilir. 28 noyabr tarixində isə təlimçi qismində Əminət Diqanayeva çıxış edib. O, dil mərkəzi açdığı zaman yaşadığı təcrübələrdən yola çıxaraq iştirakçılara “Sıfırdan başlamanın önəmi”, “Biznesdə söykənilən dəyərlər”, “İş bölgüsü”, və “Əməkdaşlarla düzgün münasibət” mövzularında bilgi verərək müzakirələr aparıb. Təlim qadınlara öz bizneslərini idarə etmək üçün zəruri olan bilikləri təmin etmək məqsədi daşıyıb.
Qeyd edək ki, “Profity Co.” davamlı olaraq sosial məsuliyyət çərçivəsində təşəbbüskar addımlar atır və artıq “Qadın Gülərsə” layihəsi 5-ci dəfə həyata keçirilir.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb