Bazar ertəsi, 12 May, 2025

baku.tv Rəqəmsal Media Məktəbinə qəbul başladı!


  • Dərc edildi: 23 Yanvar, 2025 - 15:27
baku.tv Rəqəmsal Media Məktəbinə qəbul başladı!

baku.tv Rəqəmsal Media Məktəbinə qəbul başladı! 

 

Gələcək karyerasını jurnalistika sahəsində qurmaq istəyən və media sahəsini dərindən öyrənərək peşəkar biliklərə yiyələnmək istəyən ali təhsilli və 3-4-cü kurs tələbələrini Baku TV-nin elan etdiyi “Rəqəmsal Media Məktəbi” sosial layihəsinə qoşulmağa dəvət edirik. 3 ay davam edəcək nəzəri və praktiki təlimlər tamamilə ödənişsizdir və təlimin sonunda sertifikat veriləcək. Bundan əlavə, təlimləri yüksək nəticə ilə bitirmiş gənclər Baku TV-də işlə təmin olunma şansını əldə edə bilərlər.

Təlimlər əsasən 3 istiqamətdə aparılacaq:

1. Jurnalistika peşə təlimləri - Reportyorluq, redaktorluq, aparıcılıq kimi sahələrə aid nəzəri və praktiki dərslər veriləcək.

2. Sosial media marketinq təlimləri - İştirakçılara müxtəlif internet platformalarında sərbəst çalışmaq üçün gərəkli təlimlər keçiriləcək.

3. Texniki təlimlər - İştirakçılara foto və video çəkiliş, eləcə də audio və video montajın sirrləri öyrədiləcək.

 Müraciət üçün CV-lərinizi [email protected] və ya [email protected] e-poçt ünvanlarına göndərə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 323
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 752
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 385
Xaricdə təhsil almaq...