Bazar, 11 May, 2025

“Uşaq İnkişafı Nəzəriyyələri” mövzusunda silsilə təlimlər başlayır


  • Dərc edildi: 7 Fevral, 2023 - 19:19
“Uşaq İnkişafı Nəzəriyyələri” mövzusunda silsilə təlimlər başlayır

Ubuntu Sosial İş Dərnəyi və Autizm Erkən Müdaxilə Mərkəzi birgə “Uşaq İnkişafı Nəzəriyyələri” mövzusunda silsilə təlimlərə başlayır.
 

İlk təlimin elanını sizinlə bölüşməkdən məmnunuq.
 

Seminarımız uşaq inkişaf mütəxəssisi Aynur Hüseynli tərəfindən keçirləcəkdir. 
 

 

Autizm Erkən Müdaxilə Mərkəzinin təsisçisi Aynur Hüseynli 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmiş, təhsil aldığı müddətdə “Taksim Eğitim və Araştırma” (İstanbul, Türkiyə, 2013), “Giresun sağlık və araşdırma” xəstəxanalarında (Giresun, Türkiyə, 2015), bakalavr təhsilini yekunlaşdırdıqdan sonra McGill Universiteti (Montreal, Kanada) tərəfindən “Fransız dili və Fransa mədəniyyəti” üzrə intensiv proqramı bitirmiş; 2017-2018-ci illərdə CHUM (Centre Hospitalier de l’Université de Montréal) ana-uşaq mərkəzində praktika keçmişdir (Montreal, Kanada). 
 

”Uşaq inkişafı və xüsusi uşaqların təlimi” (uşaq inkişaf psixologiyası, müdaxilə) proqramı üzrə College CDI (Montreal, Kanada) tərəfindən təhsilini tamamlamış (2019), “Rauyome de Rachel” (Montreal, Kanada) psixi sağlamlıq bərpa mərkəzində fəaliyyət göstərmişdir. 
 

 
 

Mövzularımız
 

Sigmund Freud və Psixoseksual İnkişaf Nəzəriyyəsi
 

Advertisement

Erik Erikson və İnkişafın Psixososial Nəzəriyyəsi.
 

 

 
 

Qeydiyatdan keçdikdən sonra iştirakınız bizim tərəfimizdən təsdiqləndiyi zaman təlimdə iştirak edə bilərsiz.
 

Tarix 16 fevral, saat 17:30-18:30
 

Təlim ödənişsizdir.
 

Qeydiyyat linki https://forms.gle/m6wWYEkYmd8f2NYz6 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 317
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 744
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 381
Xaricdə təhsil almaq...