Şənbə, 10 May, 2025

Çağrı mərkəzinin operatoru vakansiyası


  • Admin:
  • | Dərc edildi: 2 May, 2025 - 21:25
Çağrı mərkəzinin operatoru vakansiyası

Böyüyən və inkişaf edən komandamızın üzvü ol!
Vəzifə: Çağrı mərkəzinin operatoru



Namizədə dair gözləntilər və xüsusi tələblər:


Ali təhsil;
Kompyuter bilikləri: MS Office (Word-yaxşı, Microsoft Excel-yaxşı);
Sığorta sahəsində iş təcrübəsi;
Dil bilikləri- azərbaycan dili- əla; rus dili-əla; ingilis dili-arzuolunandır;
Diqqətli;
Səlis nitq;
Ünsiyyət qurmaq bacarığı;
Komandada işləmək bacarığı;
Məsuliyyətli, nəticəyə yönümlü.



Vəzifə öhdəlikləri:



 Sığorta hadisələri ilə bağlı daxil olan müraciətlər zamanı ilkin məlumatların toplanması və sorğunun müvafiq şöbələrə yönləndirilməsi;
Çağrı mərkəzinə müraciət edən müştərilərə sığorta məhsulları və xidmətləri haqqında ətraflı məlumatın təqdim edilməsi;
Müştərilərin narazılıqlarının və şikayətlərinin dinlənməsi və bu baradə müvafiq şöbə və departamentə məlumatın ötürülməsi;
Sığorta məhsulları ilə bağlı əlaqə mərkəzinə müraciət edən potensial müştərilərin məlumatlarının toplanması və satış komandasına göndərilməsi;
Müştəri suallarının yüksək səviyyədə və qanunvericiliyin tələblərinə uyğun cavablandırılması.

Əlavə məlumat:

İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri;
İmtiyazlar: Tibbi sığorta; 
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Çağrı mərkəzinin operatoru) qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 728
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 375
Xaricdə təhsil almaq...