Bazar, 11 May, 2025

“Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonu keçiriləcək


  • Dərc edildi: 26 İyul, 2022 - 15:15
“Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonu keçiriləcək

 09-11 sentyabr 2022-ci il  tarixlərində Bakı Ali Neft Məktəbində Dövlət Neft Şirkətinin (SOCAR) və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonu keçiriləcək.
 Məqsəd: Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə innovativ ideyalara dəstək verilməsidir.
 
Kateqoriyalar:
·      Enerji və əşyaların interneti;
·      Enerji və süni intellekt;
·      Enerji və rəqəmsal iqtisadiyyat.
 
Mükafat fondu: 11 000 manat
·      1-ci yer 5000 manat;
·      2-ci yer 3000 manat;
·      3-cü yer 2000 manat;
·      2 komandaya həvəsləndirici pul mükafatı 500 manat (hər birinə).

Qeydiyyat üzrə son tarix: 20 avqust 2022-ci il
Hakatonda iştirak üçün şərtlər:
·      Yaş: 18-40
·      İştirakçılar yalnız komanda şəklində çıxış edə bilərlər;
·      Komanda, kapitan da daxil olmaqla, 5 nəfərdən ibarət olmalıdır;
·      Komandaların kapitanı komandanın üzvləri tərəfindən seçilir;
·      Bir komandada eyni müəssisədən maksimum 2 nəfər ola bilər;
·      İştirakçılar 56 saat ərzində tədbir keçirilən məkanda qalacaqlar;
·      İştirakçılardan COVİD-19 peyvənd və ya immunitet sertifikatı tələb olunacaqdır.
 
 Müraciət forması: https://lnkd.in/e24BfStK

Seçilən iştirakçılar hakatonun gündəliyi və ətraflı məlumatla təmin olunacaqlar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 315
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...