Bazar, 11 May, 2025

“İnsan Resursları üzrə mütəxəssis” vakansiyası


  • Dərc edildi: 15 İyul, 2023 - 00:51
“İnsan Resursları üzrə mütəxəssis” vakansiyası

 

“İnsan Resursları üzrə mütəxəssis” vakansiyası
 
İş Yeri: ATS Food
İş məkanı: Sumqayıt ş.
Müraciətin son günü: 5 avqust 2023-cü il
 
Tələblər:
Təhsil səviyyəsi: Ali təhsil (İqtisadi, İnsan Resurslarının idarə olunması üzrə)
İş təcrübəsi: Sahə üzrə minimum 3 il təcrübə
Dil bilikləri: Azərbaycan dili (əla), İngilis və Rus dilləri arzuediləndir.
Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər (xüsusilə, excel əla səviyyə), ERP proqramları
Digər: Əmək məcəlləsi üzrə biliklər;
İR üzrə sertifikatların olması əlavə üstünlükdür.
 
Vəzifədən gözləntilər: 
1. Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi, bildirişlərin ƏMAS portalına daxil edilməsi;
2. Məzuniyyətlərin, xəstəlik vərəqələrinin, ezamiyyət, intizam tənbehlərinin rəsmiləşdirilməsi;
3. Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
4. Çalışanlara cari və keçmiş əmək fəaliyyətləri haqqında arayış və ya xasiyyətnamələrin verilməsi;
5. Mütəmadi olaraq hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
6. Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
7. Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
8. Əmrlərin hazırlanması və onların qeydiyyatının aparılması;
9. Əmək haqqı kartlarının sifariş edilməsi;
10. Birbaşa rəhbərin tapşırdığı digər işlərin görülməsi.
 
Vəzifə üzrə səriştələr:
· Məsuliyyətlilik və sahiblənmə
· Keyfiyyətlilik və effektivlik
· Analitik düşünmə bacarığı;
· Komandada işləmə bacarığı
· Təhlil etmə bacarığı;
· Qiymətləndirmə bacarığı;
· Detallara diqqət yetirmə;
· Məsuliyyətli və intizamlı;
· Problem həll etmə;
· Çeviklik.
 
 
İş Şərtləri
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə
İş rejimi: 5 gün (həftəiçi)
Servis: səhər və axşam 20 Yanvar və Sumqayıt bazarından təmin edilir
Nahar: Təmin edilir
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı “İnsan Resursları üzrə mütəxəssis”qeyd olunmaqla göndərə bilərlər.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 315
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...