Şənbə, 10 May, 2025

AzTU-nun Strateji inkişaf şöbəsinə təhlil və risklərin idarə edilməsi mütəxəssisi vəzifəsinə vakansiya elan olunur


  • Admin:
  • | Dərc edildi: 16 Aprel, 2025 - 03:10
AzTU-nun Strateji inkişaf şöbəsinə təhlil və risklərin idarə edilməsi mütəxəssisi vəzifəsinə vakansiya elan olunur

Azərbaycan Texniki Universitetinin (AzTU) Strateji inkişaf şöbəsinə təhlil və risklərin idarə edilməsi mütəxəssisi vəzifəsinə vakansiya elan olunur. 

 

Tələblər:

· Ali təhsil (biznesin idarə olunması, iqtisadiyyat, menecment, strateji idarəetmə, təhsil və ya müvafiq sahədə);

· Minimum 1 il iş təcrübəsi (universitetlər və ya təşkilatlarda strateji planlaşdırma və risklərin idarə edilməsi sahəsində təcrübə arzuolunandır);

· Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı;

· Yaxşı səviyyədə ingilis dili biliyi (rus dili arzuolunandır);

· İnformasiya texnologiyaları, proqram təminatı, layihə idarəetmə proqrmaları (MS office, MS Project, Asana, Trello və s.);

· Analitik düşüncə və təhlil bacarıqları;

· Sahəsinə uyğun sorğuların hazırlanması və təhlil edilməsi;

· Problem həlletmə və qərar qəbul etmək bacarığı;

· Komanda ilə iş və liderlik bacarıqları. 

Öhdəliklər:

· Strateji planın təhlili və strateji hədəflərə uyğunluğunun qiymətləndirilməsi;

· Universitetin strateji hədəflərinə uyğun olaraq risklərin müəyyənləşdirilməsi;

· Risklərin qiymətləndirilməsi və prioritetləşdirilməsi;

· Risklərin idarə edilməsi üçün strategiyaların hazırlanması;

· Universitetin strateji planlarına uyğun olaraq təhlillər aparmaq, risklərin qitymətləndirilməsi;

· Risk təhlili hesabatlarının hazırlanması. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 20.04.2025-ci il saat 18:00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 728
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 375
Xaricdə təhsil almaq...