Bazar ertəsi, 12 May, 2025

“QHT-lərin II İnkişaf və Mübadilə proqramı”


  • Dərc edildi: 2 Avqust, 2023 - 18:46
“QHT-lərin II İnkişaf və Mübadilə proqramı”

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ictimai birliklərin inkişafına dəstək məqsədilə “QHT-lərin II İnkişaf və Mübadilə proqramı”nı elan edir. 25-27 avqust 2023-cü il tarixlərində proqram çərçivəsində Naftalan şəhərində 3 günlük təlimlər təşkil olunacaq.

Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.

Seçimdə üstünlük verilir:

- ilk dəfə iştirak edənlərə;

- QHT-də layihə yazılması üzrə məsul şəxslərə;

- QHT fəaliyyəti ilə yeni məşğul olanlara;

- Regionlarda faəliyyət göstərən QHT-lərə;

- Xarici dil bilgisi olan şəxslərə (ingilis dili).

Təlimdə iştirak üçün mərhələlər:

1. Təlimdə iştirak üçün aşağıda qeyd olunan sorğu 13 avqust 2023-cü il saat 18:00-a kimi cavablandırılaraq Agentliyə göndərilir,

2. Daxil olan məlumatlar Agentlik tərəfindən təhlil edilir və sorğunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçilir,

3. İlkin mərhələdən keçmiş şəxslərlə müsahibələr təşkil olunur.

Təlimdə iştirak üçün onlayn sorğu

https://docs.google.com/forms/d/e/1FAIpQLSegP1siI11AnjIk7aM6_lNn0PqDEY14Wdp_46qwt8Ea0NsA9g/viewform

Qeyd:

- QHT-lərin I İnkişaf və Mübadilə Proqramında (Mingəçevir) iştirak edən şəxslər bu təlimə müraciət edə bilməzlər,

- Təlimdə hər QHT-dən yalnız 1 nəfər təmsil oluna bilər.

Agentlik Bakıda və bölgələrdə fəaliyyət göstərən QHT-lərin bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətini davam etdirir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 322
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 752
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 384
Xaricdə təhsil almaq...