Layihənin növbəti mərhələsi gənc ailələrin rifahına və ekoloji sahibkarlığa töhfə vermək məqsədilə Xızıda həyata keçirilir!
Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan bu layihə çərçivəsində:
20 gənc arıçılıq sahəsində təlim alacaq
Pətəklər, arı ailələri, geyim və avadanlıqla təmin olunacaq
Sertifikat, brend və satış dəstəyi göstəriləcək
Gənclərin məşğulluğu və ekoloji təsərrüfat formalaşacaq
Son müraciət tarixi: 18 may
Yaşayış yeri: Xızı
Əlaqə: “1113” qaynar xətti | [email protected]
Dövlət Məşğulluq Agentliyinin Xızı şöbəsi
Seçim zamanı bilik, sosial vəziyyət və həyatyanı torpaq sahəsinin mövcudluğu nəzərə alınacaq.
Arıçılıqla maraqlanırsansa, fürsəti qaçırma – öz ekosahibkarlıq hekayəni bu gün başlat!
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb