"Kaspi" Təhsil Şirkəti Həkim vəzifəsi üzrə vakansiya elan edir
-
-
Dərc edildi: 14 Mart, 2025 - 21:31
"Kaspi" Təhsil Şirkəti Həkim vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya tələbləri:
- Ali tibb təhsili;
- Tibb sahəsində minimum 2 il iş təcrübəsi.
Tələb olunan bilik və bacarıqlar:
- Uşaqların sağlamlığının mühafizəsi haqqında məlumatlı olmaq;
- Uşaqlara göstərilən ilkin təcili tibbi yardımın, dərman yardımının müayinə və diaqnostika üzrə peşəkar fəaliyyət prinsiplərini bilmək;
- Sanitar-profilaktika qaydalarını bilmək;
.
Vəzifə öhdəlikləri:
- Uşaqlarda müşahidə edilən xəstəliklərin ilkin müayinə və diaqnozunun təyin edilməsi;
- Ehtiyac yarandıqda ilkin tibbi yardım göstərmək;
- Uşaqlara təqdim edilən qidaların sağlamlığına və təhlükəsizliyinə nəzarət etmək;
- Bağçada gigiyenik-sanitar qaydalara əməl olunmasına, paltar və dəyişəklərin təmiz saxlanılmasına nəzarət etmək;
- Tibbi dərmanların və sarğı materiallarının siyahısının hazırlanması, vaxtında alınmasına və saxlanma qaydasına nəzarət etmək;
- Uşaqların gigiyenik tərbiyəsinin və sağlam həyat tərzinin təbliğinin təşkilində iştirak etmək.
- Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən
- İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. (https://www.kaspi.edu.az/career/)
- Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
- Son müraciət tarixi: 04.04.2025
İŞƏ MÜRACİƏT FORMASI
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb