Bazar, 11 May, 2025

"WE Academy" gənc qadın iqtisadçı liderlər üçün pulsuz proqram


  • Dərc edildi: 15 Avqust, 2023 - 17:34
"WE Academy" gənc qadın iqtisadçı liderlər üçün pulsuz proqram

"WE Academy" məqsədi Azərbaycanda gənc qadın iqtisadçı liderlər yetişdirmək, qadınların bu sahədə təmsilçiliyini artırmaq və vətəndaş cəmiyyətinə yeni kadrlar cəlb etmək olan proqramdır.

Layihə 3 aylıq təlim kursu və mentorluq proqramından ibarətdir.

Təlim kursunun ilk modulunda, iki ay müddətində siz iqtisadiyyatla bağlı geniş nəzəri biliklər əldə edəcəksiniz. İlk modulun məzunları təlimdə öyrəndikləri əsasında imtahana cəlb ediləcək və uğurlu iştirakçılar ikinci modula qatıla biləcək. Təlimin ikinci modulu liderlik bacarıqlarının öyrədilməsini əhatə edəcək.

Yekunda təlim kursunun məzunları peşəkar mentorlarla birgə işləmək şansı əldə edəcək. Mentorluq proqramı çərçivəsində gənclər layihənin nəticəliliyini təmin etmək üçün öz təşəbbüslərini hazırlayıb tətbiq edəcəklər. Həmçinin mentorlar iştirakçılara özünü inkişaf və karyera planlaması ilə bağlı dəstək göstərəcək.

Təlimlər sentyabr-noyabr aylarında hər həftəsonu (şənbə və bazar günləri) baş tutacaq və 3,5 saat davam edəcək. Dəqiq gündəlik və təlimçilər seçilən iştirakçılara göndəriləcək.

Layihəyə

- İqtisadiyyat və ya əlaqəli oxşar sahələrdə təhsil alan (iqtisadçı olmaq üçün göstərilmiş yüksək maraq olarsa, təhsil istsina olunur);

- Proqrama sərf etmək üçün uyğun vaxtı olan (təhsil, iş, əlavə fəaliyyətlər və xaricə təhsil üçün hazırlıq kimi işlərlər ilə qrafikiniz doldurusa, təlimə müraciət etmədən əvvəl qrafikinizi yüngüllətməyi nəzərdən keçirin);

- Sosial yönümlü fəaliyyətlərdə işləməyə maraqlı;

- Azərbaycanda yaşayan 18-26 yaşlı qadınlar müraciət edə bilər.

Layihə sizə

- Keyfiyyətli təlimlər;

- Professional əlaqələrin qurulması;

- Liderlik bacarıqların inkişafı;

- Dayanıqlı fəaliyyət üçün imkan;

- Mentorluq dəstəyi və

təlimlər bitdikdən sonra YEN üzvü olaraq yerli və beynəlxalq imkanlara çıxış vəd edir.

Müraciət üçün son tarix: 30 Avqust, 20.00. Müraciətlər olduqca intervyular baş tutacağı üçün, formanı doldurmağı son günə saxlamamağı tövsiyyə edirik.

Müraciət üçün link: https://forms.gle/bD4Nt9vdkbvWnsNy8

Bizə qoşulun və birlikdə cəmiyyətə qadın iqtisadçı liderlər qazandıraq!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...