Bazar ertəsi, 12 May, 2025

“Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsinə qeydiyyat başladı


  • Dərc edildi: 28 Oktyabr, 2022 - 21:24
“Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsinə qeydiyyat başladı

XTG2022 üçün geri sayım başlasın! 

Böyük səbirsizliklə gözlədiyiniz, gəncliyimİZ üçün xüsusi missiyalı “Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsinə qeydiyyatı açıq elan edirik! 

 Əgər sən də ehtiyatda olan peşəkar XTQ zabitlərinin iştirakı ilə simulyativ hərbi əməliyyat proqramı əsasında keçiriləcək düşərgədə iştirak etmək, ilkin hərbi biliklərə yiyələnmək, fiziki dözümlüyünü artırmaq və nəhayət əzmkar ruhlu yeni dostlar qazanmaq istəyirsənsə, bu fürsəti qaçırma!

 Zəfər Gününə həsr olunan düşərgə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 6 - 10 noyabr tarixlərində Qax rayonunda, füsünkar təbiət qoynunda keçiriləcəkdir.

 Düşərgədə yalnız 17-25 yaş aralığında fiziki hazırlıqlı, sağlamlığı yerində olan gənclər iştirak edə bilər (həqiqi hərbi xidmət keçmiş bəylər iştirak edə bilməz).

 Düşərgədə iştirak hüququna malik olmaq üçün COVID Pasportu (minimum 2 doza olmaqla) və ya yararlı immunitet sertifikatı mütləqdir.

 Qeydiyyatdan keçən şəxslər növbəti mərhələyə uğurla keçdikləri halda müsahibə mərhələsinə dəvət olunacaqlar.

 Qeydiyyat üçün link : http://bit.ly/XTG2022

 Son müraciət tarixi: 30.10.2022, 23:59

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 322
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 752
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 384
Xaricdə təhsil almaq...