Bazarın təhlilini aparmaq, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, qiymət müqayisə cədvəllərinin hazırlanması və satınalma sifariş sənədlərinin rəhbərliyə təqdim edilməsi.
Şirkətin əvvəlcədən təyin olunmuş kateqoriyalar üzrə zəruri avadanlıqlar, iş və xidmətlərlə təmin edilməsi məqsədilə sifarişçi və təchizatçılarla əlaqə saxlamaq.
Sifarişçilərə dair vahid baza hazırlamaq və sorğuların icrası vəziyyətini izləmək.
Təchizat prosesinə aid sənədləşmə işlərini, o cümlədən təhvil-təslim aktlarını və problemli sənədləri sistemə daxil etmək.
Təchizatçılarla alqı-satqı müqavilələrini hazırlamaq və müqavilələrin şərtlərini nəzarətdə saxlamaq.
Alınan məhsulların müvafiq standartlara cavab verməsini yoxlamaq və keyfiyyətə nəzarət etmək.
Təchizatçıların fəaliyyətini analiz etmək və təchizat proseslərinin effektivliyini təmin etmək.
Şirkətin maddi-texniki təminatının effektivliyini artırmaq məqsədilə müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Ali təhsil
Minumum 1 il təcrübə
Azərbaycan dili səlis, İngilis dili orta
MS Office bilikləri
Ünsiyyət qurma və komanda ilə işləmə bacarığı.
Analitik düşünmə, təşəbbüskarlıq və məsuliyyətlilik.
Nahar və servis ilə təmin edilmə
Tibbi sığorta
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
5 günlük tam iş qrafiki
Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Təchizat üzrə kiçik mütəxəssis”
adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected]
ünvanına göndərə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb