Şənbə, 10 May, 2025

Aleksandr Rıbak ilk dəfə olaraq Bakıda Heydər Əliyev Sarayında çıxış edəcək


  • Admin:
  • | Dərc edildi: 9 Yanvar, 2024 - 09:57
Aleksandr Rıbak ilk dəfə olaraq Bakıda Heydər Əliyev Sarayında çıxış edəcək

Azərbaycanda ilk dəfə!

Məşhur Fairytale mahnısı ilə dünyada tanınan Aleksandr Rıbak ilk dəfə olaraq Bakıda Heydər Əliyev Sarayında çıxış edəcək.

O, "Fairytale" mahnısı ilə 2009 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil edərək 387 balla ölkəyə üçüncü qalibiyyətini qazandırmışdır. Avroviziyanın keçmiş səsvermə metodu ilə Rıbakın topladığı səs müsabiqədə rekord göstərici olmuşdur. Onun "Fairytales" adlı debüt albomu doqquz Avropa ölkəsində Top 20-yə daxil olmuş, Rusiya və Norveçdə isə birinci yerdə qərarlaşmışdır.

Tədbirdə Aleksandr Rıbak ilə birlikdə Azərbaycanın Əməkdar Artisti Səbinə Babayeva da çıxış edəcək. O 57-ci Avroviziya Mahnı Müsabiqəsinin finalında "When the Music Dies" mahnısını ifa edib. Müsabiqənin səsvermə mərasimində Səbinə Babayeva 150 bal toplayaraq 57-ci Avroviziya Mahnı Müsabiqəsində 42 ölkədən gəlmiş iştirakçı arasında 4-cü yeri qazanmışdır. 

Aleksandr Rıbak 22 nəfərlik heyətlə və onun dostları Səbinə Babayeva, Venom Cello, Violin orkestrı ilə birlikdə unudulmaz bir konsert həyata keçirəcək. Hamınızı möhtəşəm bir konsert anısı yaşamağa dəvət edirik.

Bilet al

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 728
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 375
Xaricdə təhsil almaq...