Bazar, 11 May, 2025

Yeni ÖDƏNİŞSİZ İKT “bootcamp”ına qeydiyyat başladı!


  • Dərc edildi: 19 Noyabr, 2024 - 12:29
Yeni ÖDƏNİŞSİZ İKT “bootcamp”ına qeydiyyat başladı!

Yeni İKT “bootcamp”ına qeydiyyat başladı! 



Innovation and Digital Development Agency və StrategEast arasındakı yeni əməkdaşlıq çərçivəsində mühüm layihə başlayır.


“Digital LevelUP” ödənişsiz proqramı əsasında Oracle Universiteti ilə əməkdaşlıq qurularaq beynəlxalq sertifikatlı mütəxəssislər yetişdirmək hədəflənir.
Bu il ərzində keçiriləcək təlim proqramı 3 dalğada təşkil olunacaq və hər biri 4 ay davam edəcək. Hər təlim dalğasında ən az 70 nəfər olmaqla, 200-dən çox tələbənin iştirakı gözlənilir. Dərslər "özü öyrənmə" metodu ilə onlayn keçiriləcək.


Kimlər iştirak edə bilər?


- Kompüter elmləri üzrə fundamental biliklərə malik;
- İngilis dili biliyi olan 3-cü və 4-cü kurs bakalavr və magistrantlar.


Proqramın üstünlükləri:
Tələbələr "OCI Foundation Associate", "Oracle Cloud Infrastructure Data Foundations Associate", "OCI AI Foundation Associate" beynəlxalq sertifikat imtahanlarına pulsuz giriş imkanı qazanacaq.
Proqram boyu mentor dəstəyi alacaqlar.
Rəqəmsal transformasiya sahəsində qlobal standartlara uyğun bacarıqlarla rəqabət üstünlüyü əldə edəcəklər.
- Son qeydiyyat tarixi: 06.12.2024
- Qeydiyyat linki:  LİNK

İKT dünyasının aparıcı mütəxəssislərindən biri olmaq şansını qaçırmayın! 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...