Bazar, 11 May, 2025

Mühəndis-Elektrik vakansiyası


  • Dərc edildi: 1 Oktyabr, 2022 - 15:16
Mühəndis-Elektrik vakansiyası

“STP Global Cable” MMC, Ümumi İstehsalat və Təchizat əməliyyatları departamentinin Elektrik Avadanlıqları İstehsalı bölməsi üzrə Mühəndis-Elektrik vakansiyası elan edir.

“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Tələblər:
-         Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil;
-         Sahə üzrə minimum 3 il iş təcrübəsi;
-         MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
-         Azərbaycan dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilməli;
-         İşgüzar və məsuliyyətli olmalı;
-  Problemləri vaxtında müəyyənləşdirmək və həll etmək bacarığına malik;
-         Sahə üzrə sertifikatların olması arzuolunandır.
 
Hansı işləri görəcəksiniz:
-         Yeni gərginlik dolablarının hazırlanmasını və elektrik sxemlərinə uyğun yığılmasını təmin etmək;
-         Elektrik sxemlərini oxuyaraq yarana biləcək hər hansı nazsazlıqları aradan qaldırmaq;
-         Daxil olan sorğulara əsasən alçaq və orta gərginlikli yuvaların normalarının hazırlanması;
-         Material çeşidinin müəyyən edilməsi və maya dəyərinin hazırlanması üçün

müvafiq prosedurların icra edilməsi;
-         Avtomatik qurğuların və tənzimləyicilərin iş prinsiplərini bilmək və yarana biləcək nazsazlıqları vaxtında aradan qaldırmaq;
-         Elektrik sistemi tənzimləyicisi seçimlərini təhlil etmək və sistemlə bağlı tövsiyyələr vermək;
-         Avadanlıqların nasazlıqlarını araşdırmaq və xətalı əməliyyatların səbəbini müəyyənləşdirmək;
-         Layihənin həyata keçirilməsi zamanı konstruktiv dəyişikliklərə nəzarət etmək;
-         İşlərində tələb olunan standartlara əməl etməli və görülən işin keyfiyyətə cavabdeh olmalı.
 
 
Nə əldə edəcəksiniz?
 
-         Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
-         Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
 
 
Əlavə məlumatlar:
-         Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
-         Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
-         Tibbi sığorta mövcuddur;
-         İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00;
-         İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühəndis-Elektrik” yazaraq 01.11.2022-ci il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 318
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 746
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 383
Xaricdə təhsil almaq...