Şənbə, 10 May, 2025

IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi


  • | Dərc edildi: 27 Fevral, 2024 - 01:32
IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi

IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında
“Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək.
Müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 101-ci ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.

Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq.
İştirak etmək istəyənlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” xidməti vasitəsilə müraciət edə bilərlər.

Qeydiyyat üçün son tarix 7 mart saat 00:00-dır.

Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin rayon (şəhər) mərhələsində iştirak üçün yerli təhsili idarəetmə orqanları tərəfindən dəvət ediləcəklər.
Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 378
Xaricdə təhsil almaq...