Bazar, 11 May, 2025

“Yapon mədəniyyəti və “Şişimai”- ənənəvi yapon şir rəqsi” konserti


  • Dərc edildi: 22 Oktyabr, 2023 - 23:30
“Yapon mədəniyyəti və “Şişimai”- ənənəvi yapon şir rəqsi” konserti

Yaponiyadan ənənəvi “Şişimai” şir rəqsi ifaçısı Azərbayacana gələrək, sizlər üçün konsert proqramı ilə çıxış edəcəkdir. “Şişimai” Yaponiyada festivallar zamanı ifa olunan məşhur ənənəvi yapon rəqsi olub, şirin hərəkətlərinin təqlid olunması və müxtəlif ritualları özündə birləşdirən incəsənət nümunəsidir. Bu gözək və unikal rəqsi sizə öz işinin ustası olan Kaiden Masanori təqdim edəcək.

Tədbirdə sizlərə təkcə “Şişimai” nümayiş olunmayacaq, həmçinin Yaponiya və yapon dili haqqında da maraqlı məlumatlar veriləcək.

Tədbir Yaponiya Səfirliyi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Tarix: 28 oktyabr
Saat: 15:00 (məkana giriş saat 14:30-dan açıq olacaqdır)
Məkan: 171 saylı tam orta məktəb (Akt Zalı)
Ünvan: Neapol küçəsi 98

İştirak ödənişsizdir! Lakin, öncədən qeydiyyatladır.

Tədbirə qeydiyyat üçün link:

LİNK

Qeydiyyat üçün son tarix: 26 oktyabr saat 12:00

Qeydiyyatdan keçən şəxslərin mail ünvanına elektron bilet göndəriləcəkdir. Bilet hər bir şəxsin adına fərdi olacağı üçün, hər bir şəxs üçün ayrıca qeydiyyatdan keçməyinizi xahiş edirik.

Tədbir günü şəxsiyyət vəsiqəniz ilə birgə elektron bileti (telefonda) təhlükəsizlik əməkdaşlarına göstərib içəri daxil ola bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 315
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...