Bazar, 11 May, 2025

“Xocalıya ədalət” adlı ədəbi tədbir keçiriləcək


  • Dərc edildi: 20 Fevral, 2024 - 12:18
“Xocalıya ədalət” adlı ədəbi tədbir keçiriləcək

“Xocalıya ədalət” adlı ədəbi tədbir keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və “Cadenza” Müasir Orkestrinin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət” adlı tədbir keçiriləcək.

Edumap.az xəbər verir ki, bu barədə “İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən bildirilib. 26 fevral, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq ədəbi tədbirdə “Cadenza” Müasir Orkestri, Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivi və istedadlı gənclərin təqdimatında müxtəlif musiqi əsərləri ifa olunacaq.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması istiqamətində töhfələr verməkdir.

Tədbirdə iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/evSY6 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...