Bazar, 11 May, 2025

“Avrora" MMC-də çalışmaq istəyənlərə şad xəbər!


  • Dərc edildi: 21 İyun, 2023 - 00:28
“Avrora" MMC-də çalışmaq istəyənlərə şad xəbər!

“Avrora" MMC-də çalışmaq istəyənlərə şad xəbər!

“Avrora” MMC növbəti dəfə "Karyera Günü" keçirəcək. “Avrora” MMC, ailəsinə üzvü olmaq istəyən hər kəsi Karyera Gününə dəvət edir. Sürətlə inkişaf edən, qarşısına qoyduğu hədəflərə uğurla addımlayan Avrora şirkəti öz komandasını genişləndirmək, eyni zamanda peşəkar kadrları cəlb etmək üçün 22.06.2023-cü il tarixində saat 10:00-dan 15:00-a qədər karyera günü təşkil edəcək.
Karyera günündə sürücü, sürücü köməkçisi, satış nümayəndəsi, merçendayzer, fəhlə, və müxtəlif istiqamətlərdə mütəxəssis kateqoriyalı vəzifələr üzrə müraciətlər qəbul ediləcək. Anket formasını dolduraraq müraciət etmiş namizədlər aktiv vakansiyalar üzrə uyğun olduğu təqdirdə təkrar müsahibəyə (imtahana) dəvət ediləcəklər.
Qeyd edək ki, Karyera Günündə iştirak edən namizədlərin bir qrupu gələcəkdə yaranacaq vakansiyalar üçün ehtiyat bazaya əlavə olunacaq. Tələb yaranan zaman işə qəbul prosesində bu namizədlərə üstünlük veriləcək.
Karyera Günündə iştirak etmək istəyən namizədlərin 22.06.2023-cü il saat 10:00-dan etibarən Nərimanov rayonu, Aşıq Molla Cümə 46 C ünvanında yerləşən “Avrora” MMC-nin mərkəzi ofisinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmaqları xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...