Korporativ şirkət, təşkilat və universitetlərin nəzərinə
“Dəstəkçi” - Sosial Sahibkarlıq Platformasının təşkilatçılığı ilə ölkədə ilk dəfə, 29 dekabr tarixində, Bakı Gənclər Mərkəzində “1-ci Korporativ Sosial Satınalmalar Sərgisi” baş tutacaq.
“1-ci Korporativ Sosial Satınalmalar Sərgisi" - Azərbaycanda faəliyyət göstərən sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsul və xidmətlər təklif edən mikro, kiçik sahibkarlıq subyektləri ilə onların məhsul və xidmətlərini almağa maraqlı, öz satınalma zəncirinə daha dayanıqlı məhsul və xidmətləri daxil etmək istəyən və həmçinin öz korporativ sosial məsuliyyət faəliyyətlərinin effektiviyini daha da artırmaq istəyən orta və böyük şirkətləri bir araya gətirən tədbirdir.
Sərginin məqsədi sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsul və xidmətlər təklif edən edən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə özəl sektor orta və böyük bizneslərləri arasında əməkdaşlığın qurulmasını təviq etmək və özəl sektor biznesləri arasında sosial satınalma mədəniyyətini yaratmaq və təşviq etmək, həmçinin özəl sektor korporativ sosial məsuliyyət faəliyyətlərinin effektivliyinin artılmasıdır.
Sərgidə iştirak edən hədəf qrupu mikro və kiçik və orta sahibkarlıq subyektləri:
Qeyd 1:
1.1 Sərgidə korporativ şirkət və təşkilatların iştirakı(ziyarəti) ödənişsizdir. Sərgidə ancaq şirkət və təşkilatın məsul şəxsləri iştirak edə bilər.
1.2 Sərginin agendası qeydiyyatdan keçən məsul şirkət nümayəndəsi ilə bölüşüləcək.
1.3 Sərgini formatı və sərgidə iştirak edən sahibkarlıq subyeklərinin aid olduğu sahələr barədə məlumatı qoşmaya əlavə olunmuş fayldan və aşağıdakı form vasitəsilə əldə edə bilərsiniz.
Sərginin tərəfdaşları
Tarix:
- 29 dekabr 2022-ci il
- saat 09:00 – 14:00
Məkan:
- Bakı Gənclər Mərkəzi
Sərgidə iştirak edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin aid olduğu sahələr
Ölkəmizdə ilk dəfə baş tutacaq bu sərgidə siz də öz yerinizi almaq və şirkət, təşkilat olaraq satınalma seçimlərinizdə daha dayanıqlı məhsul və xidmətlərə yer vermək, cəmiyyətə və ətraf mühitə faydalı biznesləri tanımaq və əməkdaşlıq əlaqələri qurmaq üçün sizləri bu sərgiyə dəvət etməkdən böyük məmnunluq hissi duyuruq.
Sərgidə iştirak etmək üçün aşağıdakı form vasitəsilə qeydiyyatdan keçə bilərsiniz
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb